Buk (zenit-raket kompleksi)

9K37 Buk
Buk-M1 zenit-raket kompleksi
Tipi Orta mənzilli zenit-raket kompleksi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1979 – davam edir
İstismara başlanması 1979
İstismar edənlər İstifadəçilər bölməsinə bax
İstifadə edilən döyüşlər Rusiya-Gürcüstan müharibəsi
Donbass müharibəsi
İstehsal tarixçəsi
Konstruktor

Almaz-Antey:

  • Tixomirov adına elmi araşdırma institutu (baş konstruktor)
  • Lyulev Novator (raket konstruktoru)
  • MNIIRE Altair (dəniz variantının konstruktoru)
  • NIIIP (axtarış radarının konstruktoru)
  • DNPP (raketlər)
İstehsal illəri 1977 – davam edir
Xüsusiyyətləri
Uzunluğu
  • 5,55 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Buk zenit-raket kompleksi ilk dövrlərdə Sovet İttifaqı, sonradan isə davamçı ölkələrdən biri olan Rusiya Federasiyası tərəfindən istehsal olunan özüyeriyən, orta mənzilli zenit-raket kompleksidir. Qanadlı raketlər, ağıllı bombalar, təyyarə, helikopter, həmçinin pilotsuz uçuş aparatı kimi hava hədəflərinə qarşı mübarizə aparmaq məqsədilə dizayn olunmuşdur.[1]

Bu sistem özündən əvvəl istehsal olunan "Kub" zenit-raket komplekslərini əvəz etmək məqsədilə silahlanmaya qəbul olunmuşdur.[2] Seriyalı istehsal olunan ilk "Buk" kompleksləri ABŞ Müdafiə Nazirliyi tərəfindən SA-11 adı ilə tanınır.

NATO kod adı Grizzly olan və ABŞ Müdafiə Nazirliyi tərəfindən SA-17 adı ilə tanınan, yeni raketlərlə təchiz olunan növbəti variantlar isə "Buk-M1-2" və "Buk-M2" idi. 2013-cü ildə bu sistemin ən yeni variantı olan "Buk-M3" seriyalı istehsala hazırlanmışdır.[3]

Rusiya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan dəniz versiyası 2014-cü ildən etibarən silahlanmaya qəbul olunub.[4]

  1. "Russian mobile surface-to-air missile systems". RIA Novosti. 8 fevral 2007. 2 April 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
  2. "What the Russian papers say". RIA Novosti. 28 avqust 2007. 23 January 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
  3. "Russian Troops to Start Getting Advanced Air Defense Systems in 2016". RIA Novosti. 28 dekabr 2013. 30 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.
  4. "Russian Navy to receive first Shtil SAM systems in 2014". IHS Jane's Missiles & Rockets. 6 noyabr 2013. 31 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2018.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search